Yeni avtobusların fəaliyyət istiqaməti açıqlandı 

13:27 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxta gətirilməsi nəzərdə tutulan yeni avtobusların bəzilərinin Pirallahı, Mərdəkan və Qala istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə təşkil edilən mediaturda deyib.

O bildirib ki, digər avtobusların da veriləcəyi istiqamət üzrə müzakirələr aparılır: “Paytaxta gətirilməsi nəzərdə tutulan 300 yeni avtobusdan 168-i artıq Bakıdadır. Digər avtobuslar isə qarşıdakı aylarda paytaxta gətiriləcək”.